Axtar

Bir yerə qonaq getməzdən qabaq ev sahibinə xəbər vermək lazımdırmı?

  • Paylaş:
Bir yerə qonaq getməzdən qabaq ev sahibinə xəbər vermək lazımdırmı?

Qonaq getmək və qonaq qəbul etmək dinimizdə müstəhəb sayılan (bəyənilən) əməllərdəndir. Qonaq gələn və qonağa hörmət olunan evin xeyir-bərəkəti bol olar. Qonaqlığın qaydaları barədə dini kitablarda da müəyyən məlumatlar verilib. Qonaq getməzdən əvvəl ev sahibinə xəbər verib-verməmək isə fərdi bir məsələdir. Bunu qonaq gedənlə qonaq qəbul edən öz aralarında tənzimləsələr yaxşı olar. Əgər qəfil qonaq getmək ev sahibi üçün narahatlıq törədəcəksə, onun ev düzənini pozacaqsa yaxud qonaq qarşısında xəcalətli qalmasına səbəb olacaqsa, ona qabaqcadan xəbər vermək yaxşı olar. Amma ev sahibini qabaqcadan xəbərdar etməklə onun xərc çəkib hazırlaşmağa məcbur olduğu bilinsə, bu zaman yaxşı olar ki, bunu etməməsi deyilsin və maddi sıxıntıya düşməsinin qarşısı alınsın. Əlbəttə, çox yaxın və məhrəm şəxslər bir-birinin evinə xəbərsiz də gedə bilərlər. Məsumların (ə) zamanında bu yolların hər ikisindən istifadə edilirdi. Yerindən asılı olaraq peyğəmbərimiz və imamlarımız bir yerə qonaq gedəndə bəzən qabaqcadan xəbər göndərər, bəzən isə xəbərsiz gedərdilər.