Axtar

Belçikalı yeniyetmə Həcc ziyarətini yerinə yetirmək üçün minlərlə kilometr yol qət edib

  • Paylaş:
Belçikalı yeniyetmə Həcc ziyarətini yerinə yetirmək üçün minlərlə kilometr yol qət edib

“Əl-Riyaziyə” saytının verdiyi xəbərə görə, belçikalı gənc Enes Rızkı 3 aydan çox səyahət edərək, 9 ölkəni keçərək və 4000 kilometrdən çox velosiped sürərək həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına çatıb.

O, Səudiyyə Ərəbistanının şimalında, İordaniya sərhədində yerləşən sərhəd keçid məntəqəsindən daxil olub.

“Səudiyyə Ərəbistanına gəldiyim üçün xoşbəxtəm” deyən Rızkı, səfərinə Ramazan ayının əvvəlində başladığını və fərqli hava şəraiti olan 9 ölkədən keçdiyini söylədi.

İllərdir Kəbəni görmək arzusunda olduğunu bildirən Enes Rızkı, “Səudiyyə Ərəbistanına addım atdığım an mənim üçün çox xüsusi idi. İndi Allah evini ziyarət etmək üçün Kəbəyə yaxınlaşdım” dedi.

Yol boyu havanın kəskin dəyişməsi və tənhalıq kimi çətin şərtlərə baxmayaraq, Enes marşrut boyu olan ölkələrin insanlarının dualarının və səmimi qarşılanmasının ona enerji verdiyini bildirib.

Belçikadan yola düşən gənc Avropanın və Yaxın Şərqin şəhər və kəndlərini gəzərək Belçika, Almaniya, Avstriya, İtaliya, Bosniya-Herseqovinadan keçərək Türkiyəyə çatıb. Bosfor boğazı ilə Asiya sahillərinə, nəhayət, İordaniya vasitəsilə Ərəbistana çatıb.

Enes Rızkının səyahəti bütün insanlara Həccin coğrafi və mədəni sərhədləri aşan bir ibadət olduğunu xatırladır.

iqna.ir