Həzrət Peyğəmbər (s) buyurur: "Xəstəlik, günahları məhv edər".
İmam Səccad (ə) buyurur: "Bir gecə qızdırmaq - bir illik günahların kəffarəsidir".
İmam Sadiq (ə) buyurur: "Bir gecə baş ağrısı tutmaq, bütün xataları pak edər, kəbirə günahlarından başqa".
Həzrət Peyğəmbər (s) buyurur: "Hərarət günahları tökər, necə ki, ağac öz yarpaqlarını tökər".
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "O zaman görsəniz ki, Allah bəndəsinə yoxsulluq və xəstəlik nazil etmişdir - (deməli) onunla hesablaşar".
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim yeddi gün kəskin xəstə olar, Allah onun 70 illik günahlarını bağışlayar".
İmam Rza (ə) buyurur: "Xəstəlik - paklıq mənbəyi və mömin üçün rəhmətdir. Davamlı olaraq xəstəlik möminlə birlikdə olar, o zamana qədər ki, günahları qalmaz".
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim haramla (haram vasitə ilə) müalicəyə qalxarsa, Allah onda şəfa qərar verməz".
İmam Rza (ə) buyurur: "İki dəstə həmişə xəstədirlər: sağlam ki, pəhriz edər, xəstə ki, pəhriz etməz".
İmam Əli (ə) buyurur: "Bədən üçün dərman içmək - paltar üçün sabun kimidir ki, onu təmiz edər, amma soldurar da".