Axtar

Allaha görə sevənlər və düşmənçilik edənlər

  • Paylaş:
Allaha görə sevənlər və düşmənçilik edənlər

İmam Səccad (ə) buyurmuşdur:

 

اِذا جَمَعَ اللّهُ عَزَّ وَ جَلَّ الاَوَّلينَ والاْخِرينَ قامَ مُناد فَنادى يُسْمِعُ النّاسَ   فَيَقُولُ: اَيْنَ الْمُتَحابُّونَ فىِ اللّهِ. فَيَقُومُ عُنُقٌ مِنَ النّاسِ فَيُقالُ لَهُمْ: اِذْهَبُوا اِلَى الْجَنَّةِ بِغَيْرِ حِساب  فَتَلَقّاهُمُ الْمَلائِكَةُ فَيَقُولُونَ: اِلى اَيْنَ؟ فَيَقُولُونَ: اِلىَ الْجَنَّةِ بِغَيْرِ حِساب .  فَيَقُولُونَ فَاَىُّ ضَرْب اَنْتُمْ مِنَ النّاسِ؟ فَيَقُولُونَ: نَحْنُ الْمُتَحابُّونَ فِى اللّهِ .  فَيَقُولُونَ وَ اَىُّ شَىء كانَتْ اَعْمالُكُمْ؟ قالوا: كُنّا نُحِبُّ فِى اللّهِ وَ نُبْغِضُ فِى اللّهِ .  فَيَقُولُونَ: نِعْمَ اَجْرُ الْعامِلينَ

 

“Qiyamət günü Allah-tala hamını bir yerə topladığı zaman carçı insanlara səslənər və deyər: “Bir-birini Allaha görə sevənlər haradadırlar?” Bu vaxt insanlardan bir dəstəsi qalxar. Onlara deyilər ki, hesabsız Behiştə daxil olun… Mələklər onlarla rastlaşıb soruşarlar: “Hara gedirsiniz?” Onlar cavab verərlər: “Hesabsız Behiştə doğru gedirik.” Mələklər soruşarlar: “Siz xalqın hansı dəstəsindənsiniz?” Onlar deyərlər: “Biz Allaha görə sevərdik.” Mələklər soruşarlar: “Əməlləriniz nə idi?” Deyərlər: “Biz Allaha görə sevər və Allaha görə düşmənçilik edərdik.” Mələklər deyərlər: “Əməl əhlinin mükafatı necə də gözəldir!” (“Üsuli-kafi”, (tərcüməsi ilə) c.3, səh.191).

ahliman.info