Əhli-beyt (ə) məktəbinin bəzi rəvayətlərində qeyd olunur ki, bəzi günahkarlar var ki, əgər onlar tövbə etmədən ölsələr, Allah onların günahlarını bağışlamayacaq. Amma yenə də əsas prinsip budur ki, səmimi tövbə qapısı açıqdır.
Şiə mənbələrində və Quran ayələrinin təfsirlərində tez-tez qeyd olunan həmin günah və günahkarlar aşağıdakılardan ibarətdir.
1- Şirk edən və tövbə etmədən ölən insanlar
Şirk, Allahdan başqasını ilah saymaq və ya Ona şərik qoşmaq mənasındadır. Qurana görə bu günah tövbəsiz halda bağışlanmaz.
2- Peyğəmbər (s) və Əhli-beytə (ə) düşmən olan lar
Şiə rəvayətlərində həzrət Muhəmməd (s), Əli və digər Əhli-beyt imamları (ə) ilə qəsdən düşmənçilik edən şəxslər haqqında çox sərt xəbərdarlıqlar var.
3- Zülm edib, haqqı qəsb edənlər
İnsanlara böyük zülm edən, haqqını yeyən və peşman olmadan ölən şəxslər haqqında da rəvayətlərdə ağır aqibət qeyd edilir.
4- İnadkarlıqla haqqı qəbul etməyənlər
Məqsəd budur ki, insan həqiqəti bildiyi halda, qəsdən onu inkar edir. Bu iş, böyük günahlardan biridir və əgər həmin günah sahibi etdiyi bu günahı təmizləməyib, tövbə etməsə, Allah onun günahını bağışlayan deyil.
Alimlər vurğulayır ki, Allahın rəhməti çox genişdir və səmimi tövbə edən insanın günahı bağışlana bilərvə kimin bağışlanacağını son olaraq yalnız Allah bilir.
Qardabani Şəhərinin İmam Cüməsi, Hacı Elçin Əliyev
