Bu il may ayının 23-ü – hicri tarixlə zilqədə ayının 25-i Dəhvül-ərz günüdür. “Dəhvül-ərz” ərəb dilindən tərcümədə “yerin dartılması” deməkdir. Rəvayətə görə, Allah-təala dünyada ilk məkan kimi yalnız müqəddəs Kəbə evini yaratmış, sonra Kəbənin altındakı torpağı “dartıb” uzadaraq, bütün yeri xəlq etmişdir. Bu hadisənin nə cür baş verməsi, həqiqi yoxsa məcazi məna daşıması barədə müxtəlif fikirlər vardır. Müsəlman təqvimində “dəhvül-ərz” günü mübarək günlərdən sayılır. Müqəddəslərin kəlamlarından məlum olur ki, Həzrət İbrahim və İsa peyğəmbərlərin (ə) doğumu da həmin günə təsadüf edibmiş. Bu günün orucunun savabı 60 günün müstəhəb orucunun savabına bərabərdir.
25 zilqədə – 23 may Dəhvül-ərz günüdür
