Şəriətə görə Quran yazısı, o cümlədən Allahın, peyğəmbərlərin və imamların adları müqəddəs sayılır və onlara lazımi ehtiram göstərilməlidir. Belə ki, bu yazıları zibilliyə atmaq, yandırmaq, onlara hörmətsizlik etmək, o cümlədən qeyri-pak şəkildə, yəni qüsl və dəstəmaza ehtiyac olarkən bunlara toxunmaq günahdır. Quranın özündə buyurulur: “Ona yalnız pak olanlar toxuna bilər!” (Vaqiə, 79). Amma bu hökm həmin yazıların fiziki şəkildə variantlarına aiddir. Belə ki, bu yazıların əl ilə yazılmış və ya printerdən, çap maşınından çıxmış variantlarına həmin qaydalar daxilində münasibət göstərilməlidir. Bu yazıların üzərində qoruyucu maneə olarsa, onlara dəstəmazsız toxunmaq olar. Quran yazısının və ya müqəddəs adların kompüter, telefon ekranlarındakı yazıları da fiziki olmadığı üçün bu qaydanı gözləməyə ehtiyac yoxdur.
Telefonda və ya kompüter ekranında dəstəmazsız halda Quran yazısına toxunmaq olarmı?
