İslam şəriətinə görə, əti haram olan heyvanların bütün bədən üzvləri, məhsulları (südü, piyi) yemək üçün haramdır, onların yunundan və dərisindən geyim kimi istifadə etmək də qadağandır. Bundan fərqli olaraq, əti halal olan heyvanların südü, piyi, dərisi, yunu istifadə üçün halal sayılır. Bununla yanaşı, əti halal olan heyvanların bir neçə bədən üzvü yeməyə yararsızdır. Bunlardan biri də onurga iliyidir. Onurga iliyi əslində onurga beynidir, bütün heyvanlarda və insanlarda onurğanın içində mövcuddur, əsasən canlının koordinasiyasını, ayaq üstə dura bilməsini tənzimləyir. Heç bir canlının onurğa iliyini yemək icazəli deyil. Amma iri sümüklərin içində olan ilik bundan fərqlidir. Əti halal olan heyvanların bud sümüklərinin içində olan iliyi yemək olar, bunun heç bir qadağası yoxdur.
Sümüyün içindəki iliyi yemək olarmı?
