Şiə məzhəbində İntizar anlayışı əsasən İmam Mehdinin (ə.f) zühurunu gözləmək mənasını daşıyır. Amma bu, sadəcə passiv “gözləmə” deyil — çox fəal, məsuliyyətli və mənəvi bir mövqedir.
Aşağıda “intizar”-ın ən önəmli məna larını qısa və aydın şəkildə gətirəcəyəm:
1 - İlahi ədalətin bərpasına ümid
İntizar, dünyada zülm və haqsızlıq nə qədər artsa da, sonda ilahi ədalətin qalib gələcəyinə iman deməkdir. Şiə düşüncəsində İmam Mehdi (ə.f) zühur edərək , dünyanı ədalətlə dolduracaq.
Bu barədə həm əhli-sünnə, həmdə şiə kitablarında hədislər var. Misal üçün əhli-sünnə məzhəbinin mötəbər kitablarında Peyğəmbərdən (s) belə bir hədis nəql edilir ki, o həzrət buyurur: Əgər dünyanın sonuna (Qiyamətə) bir gün qalmış olsa belə, Allah həmin günü o qədər uzadar ki, adı mənim adımdan və nəslimdən olan bir şəxsi insanlara göndərər və o, dünyanı zülmlə dolduğu kimi ədalətlə doldurar.
2- Passiv yox, fəal gözlənti
Şiə mənbələrində intizar, Özünü islah etmək, Zülmə qarşı durmaq, Haqq tərəfdarı olmaq və Cəmiyyətin mənəvi səviyyəsini yüksəltmək kimi anlayışlarla sıx bağlıdır. Yəni İntizar “Oturub gözləmək” yox, Zühura hazırlaşmaqdan ibarətdir.
3- İman və sədaqət sınağı
İntizar, qeyb dövründə İmama (ə.f) imanını qorumaq, dinə bağlı qalmaq və doğru yoldan sapmamaq deməkdir. Bu, şiə üçün ən çətin, amma ən dəyərli ibadətlərdən biri sayılır. Ona görədə Peyğəmbər (s) İntizar barədə belə buyurur: Ümmətimin ən üstün əməli (işi) fərəcin (son imamın gəlişinin) intizarında olmaqdır.
4- Ümid və məsuliyyət balansı
İntizar insana ümidsizliyə qapılmamağı, zülmlə barışmamağı və gələcək üçün məsuliyyət hissi daşımağı
öyrədir.
Əgər insan ümidini itirərsə, həm məsuliyyət hissini itirmiş olar, həmdə zülmlər qarşısında sakit durmağı seçər. Belə olduqda isə onun intizar barədə olan fəaliyyəti sıfıra bərabər olar. Nəticədə isə tədricən onun zehin və düşüncəsində “imamın gəlişi” anlayışı aradan gedər.
Ona görə də Əhli-beyt imamlarından (ə) nəql edilən digər hədisdə, “Ən fəzilətli ibadət intizardır” deyilir — Çünki intizar, həm qəlbi, həm əməli və həm də cəmiyyəti əhatə edir.
Hacı Elçin Əliyev
