Axtar

Seyidə nəzir vermək olarmı?

  • Paylaş:
Seyidə nəzir vermək olarmı?

Nəzir müəyyən bir məsələnin həyata keçməsi, çətinliyin həll olması üçün bəndənin Allahla əhd bağlamasıdır. Bəndə Allah qarşısında əhd edir ki, əgər istəyi həyata keçsə, filankəsə filan məbləğdə pul və ya hədiyyə verəcək, filan işə yardım göstərəcək, filan müstəhəb ibadəti və ya ibadət olmayan halal əməli yerinə yetirəcək yaxud filan əməli bir daha etməyəcək. Nəzir deyilən zaman konkret olaraq bir şəxs nəzərdə tutulubsa, nəzir qəbul ediləndə mütləq həmin adamla bağlı nəzir icra olunmalıdır. Bu zaman nəzir deyilmiş şəxsin fəqir ya seyyid olub-olmaması fərq etməz (əgər niyyətdə o adamın fəqir ya seyyid olması konkret müəyyən edilibsə, ona əməl olunmalıdır). Sədəqədən və zəkatdan fərqli olaraq seyyidə də nəzir verilə bilər. Şəriətimizə görə, seyyid olmayan şəxsin seyyidə sədəqə və zəkat verməsi qadağandır. Amma nəzir zamanı bu şərt qüvvədə sayılmır. Cəmiyyətdə müsbət şəxs kimi tanınan, günah əhli kimi tanınmayan istənilən seyyidə nəzir vermək icazəlidir.