Axtar

Şəriətə görə saqqalın uzunluğu ən azı və ən çoxu nə qədər olmalıdır? Yanaqlarda və boğazda olan tükləri qırxmaq olarmı?

  • Paylaş:
Şəriətə görə saqqalın uzunluğu ən azı və ən çoxu nə qədər olmalıdır? Yanaqlarda və boğazda olan tükləri qırxmaq olarmı?

Şəriətə görə saqqalın hansı uzunluqda saxlanılması ilə bağlı dəqiq və qəti qanun yoxdur. Bu kimi məsələlər həm fərdi istəyə, həm də ictimai vəziyyətə və sosial statusa uyğun şəkildə tənzimlənir. Saqqalın ən az həddi odur ki, kənardan baxan şəxs bu adamın üzündə tük olduğunu və saqqalını dibindən qırxmadığını görsün. Saqqalın yuxarı həddi ilə bağlı müstəhəb (bəyənilən) budur ki, bir ovuc enində olsun, yəni saqqalı ovucla tutanda tüklərin uzunluğu ovucdan çox kənara çıxmasın. Dinimiz səliqə-sahmana, təmizliyə xüsusi diqqət yetirir. Bütün bədən və geymdə olduğu kimi saç-saqqalda da təmizlik və səliqə qaydaları qorunmalıdır. Bu məqsədlə yanaqlardakı və boğazdakı tükləri qırxmaq, saqqalın uzunluğunu qayçı ilə qısaltmaq, ona forma vermək, rəngləmək icazəlidir. Saqqal müsəlman kişini vüqarlı göstərməli, amma onu görən adamda ikrah, qorxu və narahatlıq yaratmamalıdır. Qeyd edək ki, dini göstərişlərdə bığları saqqala nisbətən qısa saxlamaq məsləhət görülür.