Şiə məzhəbinə görə Ramazan ayında ən mühüm əməl oruc tutmaqdır. Bu, vacib ibadətdir və İslamın əsas şərtlərindən biri sayılır. Lakin Ramazan təkcə ac-susuz qalmaq deyil, mənəvi tərbiyə və Allaha yaxınlaşma ayıdır.
Bu ayda v acib və ən əsas əməl o ruc tutmaqdır.
Qurani-Kərimdə (Bəqərə, 183) oruc möminlərə vacib buyurulub. Şiə fiqhində oruc , Sübh azanından məğribə qədər y emək, içmək və orucu batil edən şeylərdən çəkinm əyə deyilir.
Orucu tutmaq üçün mütləq niyyət tutmaq lazımdır. Yəni əvvəlcədən oruc tutmaq niyyəti edilməlidir.
Bunu da unutmamalıyıq ki, oruc insanı təqvaya çatdırmaq üçün vacib buyurulunb.
Oruc tutulan zaman, bəzi əməllərə riayət etmək xüsusi önəm daşıyır. Aşağıda bəzi fəzilətli olan müstəhəb əməllər i gətiririk.
Ramazanda xüsusilə tövsiyə olunan əməllər:
Qurani-Kərim oxumaq , Dua və istiğfar etmək , Sədəqə vermək və ehtiyacı olanlara kömək .
Gecə namazları və əhya gecələri
Xüsusilə Qədr gecələri (19, 21 və 23-cü gecələr) çox mühümdür. Şiə ənənəsində 23-cü gecə daha çox vurğulanır.
İmam Cəfər Sadiq (ə) buyurur ki, Ramazan ayında ən üstün əməl Günahlardan çəkinmək və dili qorumaqdır.
Yəni sadəcə fiziki oruc yox, əxlaqi və mənəvi oruc daha önəmlidir.
Qeyd olunanlardan xülasə olaraq belə nəticəyə gəlmək olur ki, Şiə məzhəbinə görə Ramazan ayında ən önəmli əməl vacib orucunu tutmaqdır. Oruclu halda və ümumiyyətlə Ramazan ayında ən dəyərli iş isə, Təqvaya riayət edib, özünü islah etməkdir.
Hacı Elçin Əliyev
