Axtar

Ramazan ayında ən dəyərli əməl hansıdır?

  • Paylaş:
Ramazan ayında ən dəyərli əməl hansıdır?

Həzrət  M u həmməd  (s)  və Əhli-beyt imamlarının  (ə)  hədislərinə görə ,   Ramazan ayında ən dəyərli əməl Qurani-Kərim oxumaq və Allahla əlaqəni gücləndirməkdir. Xüsusilə hədislərdə bir əməl açıq şəkildə ən üstün əməl kimi qeyd olunur.

1. Qurani-Kərim oxumaq – ən fəzilətli əməl

İmam Məhəmməd Baqir və İmam Cəfər Sadiq  (ə)  buyururlar:

“Hər şeyin bir baharı var, Qurani-Kərimin baharı isə Ramazan ayıdır.”

Bu səbəbdən Ramazanda ən çox tövsiyə edilən əməl Qurani-Kərim oxumaq ayələr üzərində düşünmək və  Quranı tam xətm etmək dir.

Hədislərdə deyilir ki, Ramazanda bir ayə oxumaq başqa aylarda bir Quran xətmi qədər savab gətirə bilər.

2. Dua və istiğfar

İmam Əli (ə) buyurur: Ramazan ayında ən üstün əməl, Allahın haram buyurduqlarından çəkinməkdir.

Bununla yanaşı çox tövsiyə edilir ki, bu ayda istiğfar edib, (günahların bağışlanmasını istəmək) dua edək və Allahı çox zikr edək.

3. Günahdan çəkinmək – Ən əsas əməl

Şiə alimləri bu hədisə çox diqqət çəkir. 
İmam Əli  (ə) buyurur:   Ramazan ayında ən üstün əməl Allahın haram etdiklərindən uzaq olmaqdır.

Yəni , bu ayda gərək  qeybət etmə yək, q əlb imizi təmiz saxlayaq,  haramdan  uzaq durub,  insanlara zülm etm əkdən çəkinək.

Bu, bütün ibadətlərin qəbuluna səbəb sayılır.

4. Sədəqə və möminlərə kömək etmək

İmam Həsən Müctəba (ə) və digər imamların hədislərində Ramazanda yoxsullara kömək etmək, iftar vermək və sədəqə vermək çox böyük savab sayılır.

Xülasə: Ramazan ayında ən dəyərli əməllər:

Qurani-Kərim oxumaq.

Günahdan çəkinmək.

Dua oxuyub, istiğfar etmək.

Sədəqə verib, insanlara yaxşılıq etmək.

 

Qardabani Şəhərinin İmam Cüməsi, Hacı Elçin Əliyev