Tarixə “ifk (böhtan)” və ya “boyunbağı olayı” kimi düşmüş bu hadisə Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanında, hicri 6-cı ildə, müsəlmanlar Bəni-Müstəliq savaşından qayıdarkən baş vermişdir. Peyğəmbərin xanımı Aişə düşərgədə öz boyunbağısını itirdiyi üçün karvandan geri qalır, karvan onun yoxluğunu bilmədən yola düşür. Karvanın ardınca məhz gecikənləri və unudulmuş əşyaları yığmaq üçün gələn Səfvan adlı gənc müsəlman Aişəni dəvəsinin tərkinə alıb gətirir. Bu hadisədən istifadə edən münafiqlər Peyğəmbərin xanımına çirkin iftira atır, onun adını Səfvanla hallandırırlar. Lakin şahidlərin ifadəsi və Qurani-Kərimin ayələri (Nur, 15-16) ilə xanım Aişənin günahsızlığı tam sübuta yetir. Həmin ayədə buyurulur: “O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır! Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman (Allah)! Bu, çox böyük bir böhtandır!” – deməli deyildinizmi?” Bu ayə, içindəki eyni sözə görə Quran təfsirlərində “ifk” (böhtan) ayəsi adlandırılıb.
Qurandakı “ifk” və ya “böhtan” ayəsi hansı ayədir?
