Axtar

Niyə Allah Quranda “Biz” kəlməsindən istifadə edir?

  • Paylaş:
Niyə Allah Quranda “Biz” kəlməsindən istifadə edir?

Quranda Allahın bəzi ayələrdə «Mən yaratdım», bəzi ayələrdə isə «Biz yaratdıq» deməsi çox maraqlı və dərin bir məsələdir.

İslam alimlərinin izahına görə, bunun əsas səbəbi ərəb dilindəki əzəmət və ucalıq bildirən cəm formasından istifadə edilməsidir.

«Biz yaratdıq» nə deməkdir?

Ərəb dilində Allah Öz əzəmətini, qüdrətini və böyüklüyünü ifadə etmək üçün bəzən «Biz» (نَحْنُ) əvəzliyindən istifadə edir.

Bu, Allahın bir neçə varlıqdan ibarət olması demək deyil.

Məsələn Allah-taala Hicr surəsinin, 9-cu ayəsində buyurur: Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz onu qoruyub saxlayacağıq.

Buradakı «Biz» Allahın əzəmətini və qüdrətini ifadə edir.

«Mən yaratdım» nə zaman işlədilir?

Allah Öz birliyini, təkliyini və birbaşa iradəsini vurğuladıqda «Mən» (أَنَا) və ya «Mənim» ifadələrindən istifadə edir.

Məsal üçün AllahTaha surəsinin, 14-cü ayəsində buyurur: Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et...

Burada Allahın təkliyi xüsusi olaraq vurğulanır.

Bəs bu iki fərqli kəlmədən istifadə edilməsinin hikməti nədir?

«Mən» – Allahın birliyini, təkliyini və şəxsi iradəsini vurğulayır.

«Biz» – Allahın əzəmətini, qüdrətini və böyüklüyünü ifadə edir.

Ən vacib məqam

Quranda Allahın «Biz» deməsi Onun yanında başqa tanrıların, yaxud Ona şərik olan varlıqların olması demək deyil.

İslamın təməl inancı budur ki, Allah birdir, şəriki yoxdur, heç kimə möhtac deyil və bütün yaradılışın yeganə Xaliqidir.

Qısacası, «Mən» və «Biz» ifadələri arasında ziddiyyət yoxdur. Bunlar Allahın fərqli məna çalarlarını ifadə edən nitq üslublarıdır.