Axtar

“Quran yeddi hərf üzərində nazil olub” sözünün mənası nədir?

  • Paylaş:
“Quran yeddi hərf üzərində nazil olub” sözünün mənası nədir?

Dini kitablarda rast gəlinən bu fikir Həzrət Mühəmməd Peyğəmbərin (s) aşağıdakı hədisinə əsaslanır: “Quran yeddi hərf üzərində nazil olub. Bunlardan hansı biri sizə asan gəlirsə, onun əsasında oxuyun”. Bu hədis əhli-sünnənin mötəbər kitablarında mövcuddur. Yeddi hərflə bağlı müxtəlif nəzəriyyələr irəli sürülmüşdür. Bir nəzəriyyəyə görə, burada ərəb qəbilələrinin danışdığı yeddi ləhcəyə işarə edilib. Yəni Quran ərəb qəbilələrindən yeddısinin (Qureyş, Hüzeyl, Səqif, Həvazin, Kinanə, Təmim və Yəmən) ləhcəsində nazil olub. Başqa bir nəzəriyyəyə görə, yeddi hərf eyni sözün tələffüz baxımından fərqli, məna cəhətdən eyni olan yeddi variantıdır. Daha bir nəzəriyyəyə əsasən, yeddi hərf – yeddi müxtəlif qiraət variantıdır. Şiə məzhəbində Quranın yeddi hərf üzrə nazil olması barədə hədis səhih sayılmır. Şiə imamlarından rəvayət edilən hədislərdə bu fikrin səhv olduğu və Quranın bir hərf üzrə endirildiyi təkid edilir.