Axtar

Ayətül-kürsi hansı ayədir və onu oxumağın hansı faydaları var?

  • Paylaş:
Ayətül-kürsi hansı ayədir və onu oxumağın hansı faydaları var?

Qurani-Kərimin Bəqərə surəsinin 255-ci ayəsinə ayətul-kürsi deyirlər. Ayədə “Allahın kür­sisi” ifadəsi işədildiyi üçün ona bu ad ve­rilib. Əslində burada oturmaq üçün istıfadə edilən kürsidən söhbət getmir; çünki Allah cism deyil və oturmaq üçün vasitəyə ehtiyacı yoxdur. Ayədəki “kürsi” ifadəsi Al­lahın qüdrət və hökmranlığının, elminin simvolu kimi işlədilib. Ümumiyyətlə, ayətül-kürsi Allah-taalanın böyüklüyünü, əzəmətini nümayiş etdirən, Onun bəzi sifətlərini açıqlayan ən bariz ayələrdən biridir. Bəzən Bəqərə surəsinin 256-cı və 257-ci ayələrini də bura əlavə edir və hər üç ayəni birlikdə ayətül-kürsi adlandırırlar. İslam ənənəsində ayətül-kürsi bir çox çətinliyi aradan qaldırmaq məqsədilə istifadə edilir. Bu, ən müxtəlif mənəvi, psixoloji, maddi problemləri həll etmək üçün universal vasitədir. Xəstəliklərdən şəfa tapmaq, insanların və cinlərin şərindən amanda qalmaq, kasıblıqdan qurtarmaq və ruzini artırmaq, çətin işi həll etmək, qorxunu aradan qaldırmaq, günahları bağışlatmaq və sairə məqsədlər üçün ayətül-kürsini oxuyurlar.