Axtar

Quran oxumaq günahların kəffarəsidir, insanı günahdan qoruyar

  • Paylaş:
Quran oxumaq günahların kəffarəsidir, insanı günahdan qoruyar

Müqəddəs Kitabımız olan Qurani-Kərimin tilavəti ilə bağlı mübarək dinimizin çoxlu tövsiyələri vardır.

Bu tövsiyələrdən bəzilərinə diqqət edək:

1. Quranı rəhbər bilmək

Həzrət Peyğəmbər (s) buyurur: “Quranı öz rəhbəriniz qərar verin”.

2. Quranı üstün bilmək

Həzrət Peyğəmbər (s) buyurur: “Quranın başqa sözlərə üstünlüyü – Allahın, məxluqlarından üstünlüyü kimidir”.

3. Quranın dili çox şirindir

İmam Əli (ə) buyurur: “Pak və Uca mərtəbəli Allahın Kitabını öyrənin ki, o, ən yaxşı söz və ən ifadəli möizədir.

Onda təfəkkür edin ki, həqiqətən Quran – qəlblərin baharıdır. Nuraniliyindən şəfa istəyin ki, həqiqətən Quran – qəlblərin şəfasıdır. Tilavətini gözəl edin ki, ən üstün dastanlar (ondadır)”.

4. Quran hərtərəflidir

İmam Əli (ə) buyurur: “Hər kim keçmişdəkilərin və gələcəkdəkilərin elmini öyrənmək istəyirsə, Quranda dəqiq olsun”.

5. Günahların kəffarəsidir

Həzrət Peyğəmbər (s) buyurur: “Quranı qiraət edin. Çünki Quran oxumaq – günahların kəffarəsi, atəşdən örtük və əzabdan amandır”.

6. Fəsaddan uzaq olmağa səbəb olar

Həzrət Peyğəmbər (s) buyurur: “Quran oxumaqdan qafil olma ki, Quran qəlbləri dirildər və pisliklərdən uzaq saxlayar”.