Axtar

Məsum İmamın 5 ağır vəzifəsi

  • Paylaş:
Məsum İmamın 5 ağır vəzifəsi

İmam Rza (ə) buyurur: "İmam - Allahın yerdəki və xəlq arasındakı əmini, bəndələrinə hüccəti, şəhərlərindəki canişini, Allaha dəvət edən və İlahi hərəmi müdafiə edəndir".

Bu nurani hədisdə İmamın (ə) beş ağır vəzifəsinə işarə edilmişdir:

1. İmam - Allahın xəzinadarı və vəhyinin əminidir. Bütün dini əhkam və maarifin hafizidir.

2. İmam - Allah dininin aydın şahidi və canlı dəlilidir.

3. İmam - insanlar arasında Allahın rəhbəri və canişinidir.

4. İmam - əmr-be-məruf və nəhy-əz-minkərin, ümumilikdədinin təbliğçisidir.

5. İmam - Allah hərəmini düşmən hücumlarından müdafiə edər.

Ona görə də belə bir insanın isməti və İlahi elmi olmalıdır. Allahdan başqası onu təyin edə bilməz.