Şəriətimizdə dəfnlə bağlı müəyyən hökmlər mövcuddur. Əgər şəriət bunları tələb edirsə, deməli, ölmüş şəxsin o biri dünyadakı vəziyyətinə bunun təsiri vardır. Cənazəni müsəlman qəbristanlığında dəfn etmək lazımdır, qeyri-müsəlmanlara aid olan qəbristanlıqda müsəlman ölüsünü dəfn etmək olmaz. Cənazəni hörmətsizlik sayılan məkanlarda, məsələn, zibillikdə, murdar yerlərdə dəfn etmək icazəli deyil. Cənazəni elə dəfn etmək lazımdır ki, imkan daxilində yer sularının təsirindən, vəhşi heyvanlardan amanda qalsın; bunun üçün qəbrin içini və ətrafını bərkitmək lazımdır. Cənazəni qəsbi yerdə, yəni sahibinin icazə vermədiyi torpaqda, dəfn üçün nəzərdə tutulmamış yerlərdə, məscid və s. kimi vəqf edilmiş ərazilərdə basdırmaq da olmaz (vəqf sahibi icazə versə, istisnadır). Bəzi müqəddəs məkanlarda dəfn edilməyin savab olması barədə hədislər vardır. Ona görə ənənəvi olaraq ölüləri müqəddəs və mübarək şəhərlərdə, peyğəmbər, imam və imamzadə qəbirlərinin yaxınlığında basdırırlar. Şiə ənənəsinə görə, Nəcəf şəhərindəki Vadiyüs-salam məzarlığında dəfn edilməyin böyük savabı var və qiyamət günündə mömin şəxslərin ruhu üçün bunun üstünlüyü olacaq.
İnsanın harada dəgn olunmasının onun ruhuna və axirətdəki vəziyyətinə təsiri varmı?
