Bəzi dini mənbələrdə həqiqətən məsumların – Peyğəmbərin və imamların kölgəsinin olmaması barədə məlumatlar vardır. Bu barədə həm hədislərdə, həm də klassik ədəbiyyat nümunələrində misallar mövcuddur. Həzrət Muhəmməd Peyğəmbərin (s), eləcə də, bəzi imamların (məsələn, İmam Rzanın) yer üzərinə kölgəsinin düşmədiyi barədə dini mənbələrdə məlumata rast gəlmək mümkündür. Bunun səbəbi barədə fərqli nəzəriyyələr irəli sürülmüşdür. Nəzəriyyərlərdən biri budur ki, məsumlar digər insanlar kimi normal fiziki bədənə deyil, əmr (qeyri-maddilik) aləminə məxsus xüsusi bədənə malik idilər. Dünya həyatında sair insanların müşahidə edə biləcəyi şəkildə ömür sürürdülər. Lakin fiziki baxımdan tam maddiyyat qanunlarına tabe olmadıqları üçün kölgələri də yox idi. Digər nəzəriyyəyə görə, yer üzərinə düşən kölgələri başqaları tərəfindən tapdalanıb təhqir edilməsin deyə, onlara bu xüsusiyyət verilmişdi.
Peyğəmbərin və imamların kölgəsinin olmaması barədə deyilənlər düzdürmü?
