Axtar

İmam Mehdinin (ə.f) hökümətinin xüsusiyyətləri

  • Paylaş:
İmam Mehdinin (ə.f) hökümətinin xüsusiyyətləri

İmam Mehdinin (ə.f) hökuməti barədə məlumatlar əsasən Qurana, Peyğəmbər (s) və əhli-beytin (ə) hədislərinə və daha çox Şiə mənbələrinə əsaslanır. Bu hökumət "Axırzamanda ədalətli dövlət" kimi təsvir olunur. Təfsir və hədis alimləri quran ayələri və səhih hədislərə söykənərək, imam Mehdinin (ə.f) dünyaya hakim olması barədə geniş şəkildə məlumat vermiş, eyni zamanda onun dünya hökumətinin bəzi xüsusiyyətlərinə işarə edib, onları açıqlayıblar. Aşağıda Quran və hədislərə görə imam Mehdinin (ə.f) hökumətinin bəzi xüsusiyyətlərini gətiririk:

1. Tam və mütləq ədalət

İmam Mehdinin (ə.f) hökumətinin ən mühüm xüsusiyyəti, zülmün tamamilə aradan qalxmasıdır. Hədislərdə bildirilir ki, Həzrət (ə.f) yer üzünü zülmlə dolduğu kimi, ədalətlə dolduracaq.

2. Cəmiyyətin mənəvi dirçəlişi

İnsanların imanında, əxlaqında və mənəviyyatında böyük inkişaf olacaq. Nifaq, yalan, rüşvət, xəyanət kimi mənfi hallar yox olacaq.

3. Elm və bilik inqilabı

Hədislərdə qeyd olunur ki, elm 27 hissəyə çatdırılacaq, halbuki hazırda insanlar yalnız 2 hissəsini bilirlər.

Ona görədə imam Mehdinin (ə.f) hakimiyyətində Elm və texnologiya ən yüksək səviyyəyə qalxacaq.

4. İqtisadi rifah və bərabərlik

Kasıblıq tam aradan qalxacaq. İmam (ə.f) xalq arasında mal-dövlətin bərabər paylanmasını təmin edəcək  və heç kəs ehtiyac içində qalmayacaq.

5. Qlobal dövlət – bütün dünyada sülh və sabitlik

İmamın (ə.f) hakimiyyəti bütün dünyaya yayılacaq. Savaşlar, işğallar, zülm və imperializm sona çatacaq.

6. Ədalətli idarəçilik və güclü qanun sistemi

İmam Mehdinin (ə.f) hökumət Qurana və Peyğəmbərin (s) sünnəsinə əsaslanacaq. Qanunlar düzgün, şəffaf və dəyişməz olacaq. Qatillər, zalımlar, fırıldaqçılar cəzasız qalmayacaq.

7. İnzibati, iqtisadi və sosial islahatlar

İmam Mehdinin (ə.f) dünyaya hakimiyyəti zamanında, dövlət aparatında korrupsiya tam ləğv ediləcək.Toplum səmərəli, sağlam və ədalətli şəkildə təşkil olunacaq.

8. Təbiətin bərəkəti

Hədislərdə İmam Mehdinin (ə.f) zühurundakı dövr barədə deyilir ki: Həmin dövrdə yer öz bərəkətini tam verəcək, sular bol olacaq və torpaqların məhsuldarlığı artacaq.

9. Zəiflərin müdafiəsi

Cəmiyyətin ən diqqət mərkəzində olan təbəqə məzlumlar, yoxsullar və hüquqsuzlar olacaq.

10. Əxlaq və ədalət əsasında beynəlxalq birlik

Dünya xalqları arasında düşmənçilik yox olacaq. Millətlər bir-biri ilə dinc və ədalətli şəkildə yaşayacaq.

Nəticə:

Hədislərdə İmam Mehdinin (ə.f) hökuməti, insanlığın arzuladığı mükəmməl ədalət, sülh, elm, rifah və mənəviyyat dövləti kimi təsvir olunur. Bu hökumət zülmün və fəsadın kökündən kəsildiyi, bəşəriyyətin öz ideal dəyərlərinə çatdığı bir dövr olacaq.