Axtar

İmam Əlinin (ə) məqamı

  • Paylaş:
İmam Əlinin (ə) məqamı

Əli ibn Əbu Talib (ə) İslamda, xüsusilə də Əhli-beyt (ə) məktəbinə görə çox yüksək məqama sahibdir. O, həm Peyğəmbərin (s) ən yaxın ailə üzvlərindən biridir, həm də böyük alim, mücahid və rəhbər kimi tanınır.

1- Peyğəmbərin (s) yaxın qohumu və kürəkəni

O,  M u həmməd peyğəmbərin  (s)  əmisi oğlu və kürəkəni idi. 
İmam Əli (ə)  Fatimə bint Məhəmməd ilə evli idi və Peyğəmbərin ailəsinin əsas üzvlərindən sayılır.

2- İslamı ilk qəbul edən şəxs

Tarixi mənbələrdə qeyd olunur ki, İslamı qəbul edən ilk kişi İmam Əli (ə) olmuşdur.

3- Böyük alim və hikmət sahibi

İmam Əlinin (ə) elmi barədə həm əhli-sünnə, həmdə şiə mənbə kitablarında çox sayda hədis və rəvayətlər nəql edilib. Peyğəmbərin (s) “ Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır” hədisi bütün məzhəblər tərəfindən qəbul edilmiş bir hədisdir. Bu hədis, onun hansı dərəcədə elmli olduğunu bir daha sübut edir.

Onun xütbə və kəlamları sonradan Nəhcül-Bəlağə adlı məşhur kitabda toplanmışdır.  Bu kitab İslam ədəbiyyatında ən dərin hikmətli əsərlərdən sayılır.

4- Şiə inancına görə birinci imam

Şiə məzhəbinə görə İmam Əli (ə) Peyğəmbərdən sonra müsəlmanların  Allah tərəfindən təyin olunmuş ilk imamı hesab edilir.

5- Cəsarətli döyüşçü

O, İslam tarixində bir çox döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdir, məsələn:   Bədr döyüşü Uhud döyüşü və  Xəndək döyüşü kimi döyüşlərdə mislsiz qəhrəmanlıq göstərmişdi.

6- Ədalət simvolu

İmam Əli (ə) hakim olduğu dövrdə, ədaləti ilə məşhur idi və İslam tarixində ən ədalətli rəhbərlər kimi tanınır.

Qısa olaraq belə demək olar ki, İmam Əli (ə) İslam tarixində elm, ədalət, iman və qəhrəmanlıq simvolu hesab olunur.

 

Qardabani Şəhərinin İmam Cüməsi, Hacı Elçin Əliyev