Axtar

Həzrət Zəhranın (s.ə) mübarək kəlamlarından

  • Paylaş:
Həzrət Zəhranın (s.ə) mübarək kəlamlarından

“Biz (Əhli-beyt ə) Allahın məxluqları ilə rabitə vasitəsiyik. Biz Allahın seçdikləriyik paklıqlar məqamı, Allahın aydın dəlili, ilahi peyğəmbərlərin varisiyik.” (Nəhcül-həyat, s. 35) “Xoşbəxt o şəxsdir ki, (imam) Əlini, o həyatda olarkən  və onun ölümündən sonra da sevsin.” (Biharül-ənvar, c.27, s. 74). “Mən və əmimoğlu, gecələr üstündə yatdığımız, gündüzlər üzərində dəvələrimizə ot (yem) veridiyimiz qoyun dərsindən başqa rifahımız üçün bir vasitəmiz yoxdur.” (Nəhcül-həyat, s. 41) Həzrət ömürünü son  anlarında həyat yoldaşına (İmam Əli) xitabən deyir: “Məndən sonra İmamənin qızı ilə evlən. Çünki o, övladlarıma qarşı mənim kimi ürəkyanan və dindardır. Kişilərin hər halda qadınlara ehtiyacı var.” Daha sonra Yaradana xitabən deyir: “Ey Allah! Seçdiyin övliya və müqərrəblərə və ölməyimlə övladlarımdan ayrıldqdan sonra onların ağlaması xatirinə, şiələrin və bizim tərəfdarlarımızın günahını bağışla!” Həzrət Zəhra (s.ə) analar haqqında: “Həmişə ananın ayağına düşüb xidmətində ol. Çünki cənnət analır ayağı altındadır. O nemətlərin nəticəsi cənnət olacaq.” Həzrət Zəhra (s.ə) naməhrəmlə bağlı: “Qadının öz şəxsiyyətini qoruması üçün ən yaxşısı odur ki heç bir kişini görməsin və kişilərə görsənməsin.” Xanım şiələrlə bağlı: “Biz Əhli-beytin göstərişlərinə əməl edib nəhy etdiklərimizdən çəkinsən, bizim şiələrdənsən.” Həzrət Zəhra buyurur: “Mənim üçün dünyada üç şey sevimldir: Quran tilavəti, Allah rəsulunun üzünə baxmaq və Allah yolunda ehtiyaclılara kömək etmək.” Həzrət Qiyamətdə şəfaəti haqqında buyurur: Qiyamət günü bərpa olduğu zaman peyğəmbər (s) ümmətinin günahkalarına şəfaət edəcəyəm.”