Axtar

Əri ölmüş qadına hansı əməllər qadağandır?

  • Paylaş:
Əri ölmüş qadına hansı əməllər qadağandır?

Əri ölmüş qadın iddə adlanan müddəti gözləməlidir. Boşanma və vəfat (əri ölmüş qadın üçün) iddələrinin müddəti fərqlidir. Vəfat iddəsinin müddəti 4 ay 10 gündür. İddənin başlanğıcı ərin öldüyü və ya ölüm xəbəri məlum olduğu gündən hesablanır. Bu müddət ərzində dul qadın başqa adamın kəbininə daxil ola bilməz və matəm saxlamalıdır. Vəfat iddəsi boyunca qadının bəzəkdən çəkinməsi, özünü adətən ərindən ötrü bəzəndiyi kimi bəzəməməsi vacibdir. Bəzək deyərkən saça rəng yaxmaq, sürmə çəkmək, kosmetikadan istifadə etmək, zinət əşyaları taxmaq, bəzəkli əlvan paltarlar geyinmək və s. nəzərdə tutulur. Bəzi məntəqələrdə qadın üçün bəzək hesab olunan şərtlər fərqli ola bilər. Amma qadının zəruri təmizlik və gigiyena qaydalarına riayət etməsi, yuyunması, dırnaqlarını kəsməsi, saçını daraması, təmiz və səliqəli geyinməsi bura aid deyil, bunları etmək icazəlidir.