Həqiqi Əhli-beyt (ə) davamçısı olmaq sadəcə sevgi və iddia ilə deyil, əxlaq, əməl, düşüncə və həyat tərzi ilə ölçülür. Məsum İmamların (ə) kəlamlarında həqiqi davamçıların (şiələrin) bir sıra əsas xüsusiyyətləri qeyd olunur. Aşağıda onların ən önəmli olanlarına işarə edəcəyik:
1. Təqva və günahdan uzaqlıq
İmam Sadiq (ə) buyurur : “Bizim davamçımız o kəsdir ki, nəfsi ilə mübarizə apar ıb, günahdan çəkinər” .
Həqiqi davamçı günaha bəhanə axtarmır və nəfsini islah etməyə çalışır.
2. Namazın, ibadətin və Allahla rabitənin möhkəm olması
Əhli-beyt (ə) davamçıları ibadətə xüsusi əhəmiyyət verirlər . Onlar...
– Namazı vaxtında qılar,
– Qurana bağlı olub, quran oxuyar,
– Dua, zikr və istiğfarı davamlı şəkildə yerinə yetirərlər.
3. Əxlaqın gözəlliyi
İmam Baqir (ə): “Bizim şiəmiz pak vicdanlı, düz danışan, əmanətdar, mehriban və ölçülü olandır.”
Bəzi əxlaqi Xüsusiyyətlər:
Səbir ;
Töhmətdən uzaqlı q;
Təvazökarlıq ;
Heç kəsi incitməmək ;
Əmanətə xəyanət etməmək ;
Pisliyə yaxşılıqla cavab vermək .
4. İnsanlara yaxşılıq və cəmiyyətə faydalı olmaq
Həqiqi Əhli-beyt (ə) davamçı sı yalnız özünü düşünməz.
İmam Sadiq (ə) buyurur : “Bizim davamçımız o kəsdir ki, qonşusu ondan əmin olar” .
Yəni həqiqi Əhli-beyt (ə) tərəfdarı o şəxsdir ki, ətrafdakılar onun əli və dili qarşısında özünü təhlükəsiz hiss edər.
5. Ədalətli və haqq tərəfdarı olmaq
Əhli-beyt (ə) davamçısı həmişə haqqın yanında dayanır – istər dostuna qarşı olsun, istər düşmənə.
Rüşvət, yalan, zülm, haqsızlıq və bu kimi mənfi xüsusiyyətlər ondan uzaqdır.
6. Həya, iffət və təmizlik
Həqiqi davamçı gözünü, dilini və qulağını haramdan qoruyan, libasını və ruzisini pak saxlayan insandır.
7. Dünyaya bağlılıqdan uzaqlıq və qəlbin azadlığı
Əhli-beyt (ə) öz davamçılarını dünyanı məqsəd yox, vasitə görməyə çağırır. Ona görədə onlar heç vaxt məqam, mal və şöhrət fitnəsinə aldanmazlar.
8. Elm axtarmaq və doğru düşüncə
Həqiqi davamçı elm öyrənməyə davam edi b və həmişə cahilliklə mübarizə aparar. Həm dini, həm də dünyəvi elm onun üçün nura çevrilir.
9. İmamətə sədaqət və vilayətə bağlılıq
Həqiqi davamçı İmamların (ə) yolunu tanıyır, onların buyuruqlarını əməli şəkildə öz həyat lar ında tətbiq edir və Əhli-beyti (ə) zahirdə və dildə sev mək ilə kifayətlən məzlər.
10. Sıxıntılarda möhkəmlik və sınaqlarda sabitqədəmlik
İmam Sadiq (ə): “Bizim davamçımız çətinlikdə səbirli, nemətdə isə şükü r edərlər ” .
Qısa nəticə :
Həqiqi Əhli-beyt (ə) davamçısı – ibadətdə möhkəm, əxlaqda üstün, insanlarla davranışda nümunə, cəmiyyətdə faydalı, elmli, təqvalı və vilayətə sadiq olan insandır.
