Axtar

Əyyami Fatimiyyə

  • Paylaş:
Əyyami Fatimiyyə

“Əyyami Fatimiyyə” (   أیّامُ فاطمیّه   ) — İslamda, xüsusilə şiə məzhəbində, Həzrət Fatimə Zəhranın (s.ə) şəhadət günləri ilə bağlı matəm və yad mərasimlərinin keçirildiyi günlərə deyilir.

 

 

Mənası:

 

 

* “Əyyam” – ərəbcə “günlər” deməkdir.

 

 

* “Fatimiyyə” – Həzrət Fatimə Zəhraya (s.ə) aid olan mənasındadır.   
Beləliklə, “Əyyami Fatimiyyə” — “Həzrət Fatimə Zəhranın (s.ə) günləri” deməkdir.

 

 

Tarixi:

 

 

Rəvayətlərdə Həzrət Zəhranın (s.ə) şəhadət tarixi barədə iki əsas tarix qeyd olunur:

 

 

a)    13-cü Cümədiül-əvvəl   - B   əzi rəvayətlərə görə    xanım Zəhra (s.ə) Peyğəmbərin (s) vəfatından    75 gün sonra   şəhadətə qovuşdu   )   .

 

 

b) 3-cü Cümədiüs-sani - Bəzi rəvayətlərə görə isə o xanım Peyğəmbərin (s) vəfatından 95 gün sonra vəfat etdi).

 

 

Bu iki tarix arasında təxminən 20 günlük bir müddət olduğu üçün, bu iyirmi gün “Əyyami Fatimiyyə” adlanır. Yəni Fatimə Zəhranın (s.ə) şəhadətə qovuşduğu günlər.

 

 

Əyyami Fatimiyyədə nə edilir   ?

 

 

Bu günlərdə şiələr:

 

 

*    Məsçidlərdə və Hüseyniyyələrdə matəm məclisləri təşkil edirlər;

 

 

*    Xütbələr, qurani-şərif tilavətləri, növhələr və mərsiyələr oxunur;

 

 

*    Həzrət Zəhranın (s.ə) fəzilətləri, məzlumiyyəti və ailəsinin başına gələn müsibətlər yad edilir;

 

 

*    Möminlər qara geyim geyir, sevgi və hüznlə Əhli-beytə ehtiramlarını bildirirlər.

 

 

 

Həzrət Fatimə Zəhranın  (s.ə)    şəhadətinin mənəvi əhəmiyyəti:

 

 

 

Həzrət Zəhra (s.ə):

 

 

*    Peyğəmbər (s) evinin nuru,

 

 

*    Əhli-beytin (ə) anası,

 

 

*    İslam qadınının kamil nümunəsi sayılır.

 

 

Onun şəhadəti İslam tarixində Əhli-beytin    (ə)    hüquqlarının tapdanmasının simvolu kimi qəbul olunur.    Buna görə də “Əyyami Fatimiyyə” həm matəm, həm də oyanış və ibrət günləri hesab olunur.

 

 

İman.ge saytı xəbər verir ki, Bu il Xanım Zəhranın (s.ə) şəhadəti ilə bağlı əzadarlıq məclisləri Noyabr ayının 4-dən başlayıb, ayın 23-ə qədər davam edəcək.

 

Allah-tala Əhli-beyt (ə) yolunda çəkilən zəhmətləri qəbul eləsin və onların şəfaətini hər birimizin halışa şamil eləsin. Amin!