Axtar

Əhli-Beyt İmamlarının (ə) baxış bucağından maddi problemlərin həlli yolları

  • Paylaş:
Əhli-Beyt İmamlarının (ə) baxış bucağından maddi problemlərin həlli yolları

İslam dini insanların yalnız axirət aləminə yox, həmdə dünya yaşayışına çox önəm verir. Dünya və onun nemətlərinə yiyələnərək, o nemətlərdən düzgün şəkildə istifadə etməklə, həm dünyamızı, həmdə əbədi olan axirət həyatımızı yaxşılaşdıra bilərik. Əhli-beyt imamlarının  (ə)  hədislərin i mütaliə edəndə, görürük ki, onlar    bizə bir çox  maddi problemlərin    həlli üçün həm mənəvi səbəblər, həm də əməli yollar  göstərirlər . İmamların (ə) kəlamlarına əsaslanaraq, ən mühüm tövsiyələri qısa və praktik formada aşağıda gətiririk.

1- Təqva və halal ruzi

Halal ruzinin artması və bərəkətli olması üçün ən önəmli şərt, insanın təqvalı olmasıdır.

Bu barədə İmam Əli (ə) buyurur: “Təqva ruzinin açarıdır.”

Haramdan çəkinmək, az da olsa halal qazanma ğın yolunu açır və  ruziyə bərəkət gətirir.  
Maddi çətinliklərin əsas səbəblərindən biri haram qazanc sayılır.

2- Dua və Allahdan istəmək

Halal ruzi qazanmağın ikinci yolu, Allaha dua edib, ondan halal ruzi istəməkdir.

İmam Cəfər Sadiq (ə): “Dua ruzini cəlb edir, hətta bağlanmış qapıları da açar.”

Ruzinin artması üçün xüsusilə tövsiyə edilən dualar:

İstiğfar ( أستغفر الله ) “ Əstəğfgirullahə”

Və “Ya Razzəq” zikrini deməkdir.

3- Sədəqə vermək 

Çox sayda hədislərdə sədəqə vermək tövsiyə edilir. Xüsi ilə də sədəqənin halal və bərəkətli ruzinin artması ilə bağlı kifayət qədər hədislər nəql edilib.

İmam Baqir (ə): “Sədəqə yoxsulluğu aradan aparar və ruzini artırar.”

Pul azdırsa belə, çox az miqdar sədəqə də təsirlidir.  
Sədəqə həm maddi, həm də gözlənilməz bəlaları uzaqlaşdırar.

4. Quran oxumaq

İmam Əli (ə) buyurur: Quran    oxunan evdə yoxsulluq olmaz.

Ruzinin artması üçün bəzi surələrin oxunması xüsi olaraq tövsiyə edilir. Həmin surələr Vaqiə, Şəms, Leyl və Zuha surələridir və bu surələr ruzi ilə bir başa əlaqələndirilir.

5. Salavat və istiğfar

İmam Sadiq (ə) buyurur : Kim ruzisinin artmasını istəyirsə, Məhəmməd və Ali-Məhəmmədə çox salavat desin.

Salavatı n    inasana  xüsusi təsirləri var və onlardan bəzisi aşağıdakılardan ibarətdir.

Qəlbi rahatladır, Borcun yüngülləşməsinə səbəb olur və

Bərəkəti artırır.

6. İsrafdan çəkinmək və qənaət etmək

İsrafçılıqdan uzaq durmaq ruzinin artmasına səbəb olur.

İmam Əli (ə) buyurur: İsraf yoxsulluq gətirər, qənaət isə ehtiyacsızlıq.

İsrafşılıq ona görə ruzi artımının qarşısını alır ki, israfçı pulunu plansız xərcləyir və Plansız xərclər maddi sıxıntını artırar.

Eyni zamanda məntiqli Qənaət Əhli-beyt (ə) yolunun əsas prinsiplərindəndir. Ona görə də düzgün və məntiqli qənaət etmək halal ruzinin artmasına səbəb olar.

7. Zəhmət və çalışma

Təbii ki, “ Ruzim artsın” deyə düçünərək, heç bir işlə məşğul olmamaq məntiqsiz  və mənasız bir düşüncədir. İslam dini zəhmət şəkib, işləməyə həm önəm, həm də çox dəyər verir. 

Bu barədə İmam Kazım (ə) buyurur: Tənbəllik edən insan ruzidən məhrum olar.

Ona görə də Dua Əməl ilə birlikdə olmalıdır və insan başa düşməlidir ki, halal zəhmət əslində bir növ ibadətdir.

Xülasə olaraq Əhli-beytin (ə) halal ruzi barədə bizə olan tövsiyələrində n belə nəticəyə gəlmək olar ki,    maddi problemlərin həlli , Təqva, Dua və  İ stiğfar, Sədəqə, Quran oxumaq, Salavat demək, Qənaət etmək və  Zəhmət çəkib, halal əməklə  nail olmaq olar.

 

Hacı Elçin Əliyev