Axtar

Hansı məhsulları soyuducuda saxlamaq olmaz?

  • Paylaş:
Hansı məhsulları soyuducuda saxlamaq olmaz?

Alış-veriş edərkən təbii ki, çalışırıq aldığımız məhsulları uzun müddət təzə saxlayaq və həmin qidaları soyuducuya yerləşdirməyi ən düzgün saxlama üsulu hesab edirik. Lakin bir çox qida məhsulları soyuducuda nəinki təzə qalmır, hətta vaxtından tez xarab olur.

1. Çörək

Çox zaman çörəyin xarab olmaması üçün onu soyuducuya yerləşdiririk. Lakin soyuducuda saxlanılan çörək tez quruyur və müxtəlif qoxuları özünə hopdurur.

Ən yaxşı üsul çörəyi kağızın arasında otaq temperaturunda saxlamaqdır.

2. Ekzotik meyvələr

(banan, manqo, kivi və digərləri). Aşağı temperaturda bu meyvələr fəal şəkildə etilen ifraz edir (yanıcı qaz: işıq qazının tərkib hissələrindən biri) və üzərində yaranan kif mikotoksinlərin ( kanserogen) inkişafına şərait yaradır. Aşağı temperaturda tropik meyvələrin dad keyfiyyəti güclü şəkildə aşağı düşür.

Onları yalnız quru və sərin yerdə saxlamaq lazımdır. Yetişmiş meyvələri əski parçasına sarıyaraq tez xarab olmasının qarşısını almaq mümkündür

3. Adi meyvələr: alma, armud 

Alma soyuducuda dadını itirməsə belə, orada onlar xeyirli tərkibini  itirirlər. Alimlərin araşdırmalarına görə, almaların soyuducuda saxlanan hissəsində bakteriyalar daha çox olur hansı ki, həzm sistemində xəstəliklərin yaranmasına təkan verir. 

Evdə  meyvənin ən yaxşı saxlanma yeri şüşə ilə örtülmüş eyvandır. Belə bir şərait olmadıqda yaxşı olardı ki, meyvəni havalandırması olan sərin yerdə saxlayasınız.

4. Tərəvəzlər

Tərəvəzlərin soyuducuda saxlanılması onların tez xarab olmasına və xeyirli maddələrdən məhrum olmasına gətirib çıxarır. Təbii ki, yayda onları soyuducudan başqa yerdə saxlamaq mümkün deyil. Lakin ilin qış fəslində yaxşı olardı ki, tərəvəzlər sərin yerdə saxlanılsın.

Əgər çarə yoxdursa, tərəvəzləri bağlı konteynerdə saxlayın. Bundan başqa, tərəvəzlər süfrəyə verilən zaman yuyulması məsləhətdir.

5. Soğan və sarımsaq

Sarımsaq bağlı vəziyyətdə, hava ilə təmasda olmadığı zaman tez  quruyur, soğan isə  çürüməyə başlayır.

Soğanı qaranlıq və quru yerdə saxlamaq lazımdır. Yaxşı olardı ki, toxunmuş torbalarda saxlanılsın. Sarımsağın isə parça  kisədə soğan qabıqlarının içərisində saxlanması məsləhətdir.

6. Kartof, çuğundur, yerkökü

Soyuducuda bu məhsullar gigiyena baxımından daha çox zərərə uğrayırlar.

Bu məhsullar orta temperaturda açıq şəkildə  taxta yeşikdə saxlanılmalıdır.

7. Göyərti

Şüyüd və cəfəri soyuducuda olduğu zaman bir müddət sonra tez bir şəkildə tullantıya çevrilir. Soyuducuda göyərti bir müddət sonra az  sulanır və cəzbedici görünmür.

Göyərti dəstəsini buket şəklində suya qoyaraq saxlamaq mümkündür. Uzunmüddətli saxlamaq üçün yaxşı olardı ki, göyərti qurudulsun və ya dondurulub saxlanılsın.