Axtar

Bu gün imam Sadiqin (ə) şəhadətidir

  • Paylaş:
Bu gün imam Sadiqin (ə) şəhadətidir

İmam Sadiqin (ə) şəhadəti – elm və səbr zirvəsi

İmam Cəfər Sadiq (ə) İslam tarixində həm elmi irsi, həm də mənəvi rəhbərliyi ilə seçilən böyük şəxsiyyətlərdən biridir. Onun həyatı haqqın müdafiəsi, elmin yayılması və əxlaqi dəyərlərin qorunması ilə keçmişdir. Lakin bu nurlu həyat zülm və haqsızlıq nəticəsində şəhadətlə sona çatmışdır.

İmam Sadiq (ə) hicri 148-ci ildə Mədinədə şəhid olmuşdur. Tarixi mənbələrə əsasən, o, Abbasi xəlifəsi Əbu Cəfər Mənsur tərəfindən zəhərlədilmişdir. O dövrdə hakimiyyətini qorumağa çalışan Abbasilər Əhli-beyt imamlarının  (ə)  xalq arasında artan nüfuzundan qorxu duyur və onları siyasi təhlükə hesab edirdilər. Bu səbəbdən İmam Sadiq (ə) daim təzyiq və nəzarət altında yaşamışdır.

İmam Sadiq (ə) yalnız  imam və  dini rəhbər deyil, həm də böyük alim idi. O, Fiqh, Kəlam və digər elmlər sahəsində mühüm məktəb yaratmış, minlərlə tələbə yetişdirmişdir. Onun elmi fəaliyyəti İslam dünyasında dərin iz qoymuş və bu günə qədər davam edən bir irs formalaşdırmışdır.

Şəhadətindən sonra İmam Sadiq (ə) Cənnətül-Bəqi qəbiristanlığında dəfn olunmuşdur. Bu məkan müsəlmanlar üçün müqəddəs ziyarətgah sayılır və burada bir çox İslam i   şəxsiyyətlər   dəfn olunub.

İmam Sadiqin (ə) şəhadəti yalnız bir tarixi hadisə deyil, həm də böyük bir ibrət dərsidir. O, zülm qarşısında susmamağın, haqq yolunda səbir və möhkəmliyin simvoludur. Onun həyatı və şəhadəti insanlara ədalət, elm və mənəviyyat yolunda addımlamağı öyrədir.

Bu gün də İmam Sadiqin (ə) xatirəsi müsəlmanlar tərəfindən dərin ehtiramla yad olunur. Onun nəsihətləri, elmi və əxlaqi irsi insanlara doğru yolu göstərməyə davam edir.

 

Qardabani Şəhərinin İmam Cüməsi, Hacı Elçin Əliyev