Həzrət Mehdinin (ə) mövludu münasibəti ilə Ziqar Universiteti İslam Elmləri Fakültəsi Quran Elmləri ustadı Səttar Qasim Abdulla "İQNA"-ya müsahibə verib. O, bəşəriyyətin xilaskarının zühurunun əsas hikməti və fəlsəfəsindən və məhdəviyyətin siyasi sisteminin quruluşundan danışıb.
İnsanın azad və şərəfli həyat sürmək istəyi onun fitrətinə uyğundur. Bu xilaskarın kimliyi ilə bağlı fikirləri fərqli olsa da, dünya əhli arasında xilaskarın varlığına inamda heç bir fərq yoxdur.
O, İmam Mehdinin (ə) konstitusiya və hökumət sistemini dünyanın bütün sahələrini əhatə edən xalis ilahi qanun və sistem hesab edib. Yəni, Mehdinin (əc) hakimiyyətində əvvəllər bilinməyən imkanlar vardır. Bu, həyatın bütün aspektləri ilə bağlıdır.
Qasim Abdulla vurğulayıb ki, bu dünya hökumətində Allaha iman dünya nizamını idarə edən qanundur. Bu hakimiyyətdə sülh və əmin-amanlıq hökm sürəcək.