Axtar

Allaha necə yaxın ola bilərik?

  • Paylaş:
Allaha necə yaxın ola bilərik?

Əhli-beyt (ə) məzhəbinə görə Allaha yaxın olmaq , insanın imanını, əxlaqını və ibadətini gücləndirməsi ilə mümkündür. Bu yanaşma əsasən Muhəmməd peyğəmbər (s) və onun ailəsi olan Əhli-beyt imamlarının  (ə)  öyrətdiyi yola əsaslanır. Aşağıda  Allaha necə yaxın olmağın əsas yolları ilə tanış olacağıq.

 

1. Səmimi iman və tövhid

Allaha yaxınlaşmanın əsası tövhidi (Allahın təkliyini) qəlbdən qəbul etməkdir. İnsan bütün işlərində tək olan  Allahın razılığını əsas tutmalıdır.

2. Vacib ibadətləri yerinə yetirmək

Əsas ibadətlər insanı Allaha yaxınlaşdırır .

Ona görə də gündəlik Namazları vaxtında qılmaq, Oruc tutmaq, Zəkat və Xüms vermək və vacib Həcc ziyarəti (imkanı olan üçün) kimi ibadətlərə daha çox diqqət etmək lazımdır.

Quran və hədislərdə qeyd olunan vacib ibadətlər arasında, namaz xüsusilə vurğulanır.

3. Günahlardan çəkinmək

İmam Əli (ə) buyurur ki, insanı Allahdan uzaqlaşdıran əsas şey günahdır. Ona görə də tövbə etmək və günahı tərk etmək çox vacibdir.

4. Əxlaqı gözəlləşdirmək

Əhli-beyt (ə) məktəbi əxlaqı çox önəmli sayır. 
Ona görə də Səbir, Ədalət, Təvazökarlıq və insanlara yaxşılıq etmək kimi əxlaqi xüsusiyyətlər insanın Allaha yaxınlaşmasında böyük təsirə malikdir. Bu baxımda da həmin xüsusiyyətlərə daha çox diqqət yetirmək lazımdır. 

5. Dua və zikr

Əhli-beyt imamları (ə) bizə çox sayda dualar öyrədiblər. Həmin dualardan bəzisi İmam Zeynəlabidinin (ə) “Səhifətul-Səccadiyyə” adlı kitabında mövcuddur.

Misal üçün əgər insan Allahı tez-tez zikr etmək istəsə, (Subhanallah, Əlhəmdulillah və s.) kimi zikrləri deyə bilər.

6. Əhli-beyti (ə) sevmək və onların yolunu izləmək

Əhli-beyt (ə) məzhəbinə görə insan imam Əli (ə), İmam Həsən, imam Hüseyn  
və digər əhli-beyt imamlarını (ə) sevməli və onların həyatını özü üçün nümunə götürməlidir.

7. İnsanlara xidmət etmək

Yetim və kasıba kömək etmək, zülmə qarşı durmaq da insanı Allaha yaxınlaşdırar.

Qısa olaraq desək, əhli-beyt (ə) məktəbinə görə Allaha yaxınlaşmaq iman, ibadət,  gözəl əxlaq və əhli-beytin (ə) yolunu izləmək ilə mümkündür.

 

Qardabani Şəhərinin İmam Cüməsi, Hacı Elçin Əliyev