Allah yanında ən üstün əməl, ümumiyyətlə, Allaha iman gətirmək və Onun buyurduqlarına riayət etməkdir. Lakin, xüsusilə Quran və hədislərdə qeyd olunan bir neçə əməl var ki, bunlar çox yüksək dərəcədə qiymətləndirilir.
Aşağıda həmin əməlləri gətiririk:
1- Tövhid və iman – Allaha inanmaq və yalnız Ona ibadət etmək, Allahın birliyinə inanmaq ən üstün əməl sayılır. Quranda və hədislərdə iman, Allahın razılığına nail olmağın ən əsas yolu kimi vurğulanır.
2- Namaz – Namaz, dinin ikinci sütunu olaraq, ən mühüm ibadətlərdən biridir və gündəlik beş dəfə edilən namazlar, insanın Allahla olan əlaqəsini möhkəmləndirir.
3- Ehsan – Ehsanın bir qismi, başqalarına Allaha xatir yaxşılıq etməkdir. Ehsanın digər bir növüdə, Allahı ibadət etməkdir. Elə bir ibadət ki, sanki Allahı görərək, ona tabe oluruq. Həmçinin, insanlara yaxşılıq etmək, onlara kömək etmək və başqalarına qarşı ədalətli olmaq da böyük əməllərdən sayılır.
4- Səxavət və xeyir işlər görmək – Yoxsullara və ehtiyac sahiblərinə yardım etmək və qardaşlarına dəstək olmaq, çox qiymətli əməl sayılır. Peyğəmbərimizin (s) hədislərində bu, Allahın razılığını qazandıran böyük bir əməldir.
5- Ailə üzvlərinə yaxşılıq etmək – Ailə ilə yaxşı münasibətlər qurmaq, valideynlərə hörmət etmək və onlara qulluq etmək, İslamda çox əhəmiyyətli əməl sayılır.
