“Gnews” saytının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanında qarşıdan gələn həcc mövsümü üçün hərtərəfli planın açılışını Məscidül-Həram və Məscidün-Nəəbi İşləri Baş İdarəsi həyata keçirəcək.
Zəvvarların rifahına diqqət yetirən və ibadət üçün ayrılan vaxtdan daha yaxşı istifadə edən layihə milyonlarla zəvvarın həcc mərasimini yerinə yetirməsinə şərait yaratmağı hədəfləyir.
Layihə süni intellekt alətləri, ağıllı texnologiyalar və zəvvarları asan, aydın və rahatlıqla istiqamətləndirmək üçün nəzərdə tutulmuş geniş çeşidli rəqəmsal platformalar vasitəsilə müqəddəs ziyarəti inkişaf etdirmək məqsədi daşıyır.
Məscidül-Həram və Məscidün-Nəbi İşləri Baş İdarəsi X hesabında verdiyi açıqlamada Həcc tarixinin ən əhatəli smart rəqəmsal xidmətlərinin tətbiqinin bu layihəyə daxil edildiyini açıqlayıb və aşağıdakı mühüm məqamları qeyd edib:
1- Minarə 2 Süni intellekt robotu
Zəvvarlara xidmət etmək və onlara rəhbərlik etmək üçün hazırlanmış ikinci nəsil, çoxdilli süni zəka robotu.
2- Çoxdilli Ağıllı Ekranlar
Real vaxt məlumatı və dəstəyi təmin edən əsas yerlərdə yerləşdirilən interaktiv smart ekranlar.
3-Rəqəmsal Quran Platforması
Dünyanın hər yerindən zəvvarlar üçün Quran tilavəti və öyrənilməsini dəstəkləyən qlobal platforma.
4- Fatihə Surəsi Tətbiqi
Quranın ən məşhur və tanınmış surələrindən birinin anlayışını artırmaq üçün hazırlanmış çoxdilli rəqəmsal proqram.
5- İxtisaslaşmış təşəbbüslər
Zəvvarların müxtəlif təbəqələrinə dini, intellektual və təhsil dəstəyi verən proqramlar.
Zəvvarlara ən yaxşı xidmətin göstərilməsi prinsipi əsasında qurulan bu layihə, hacıların Həcc ziyarətini Peyğəmbərin (s) təlimlərinə və ən yüksək mənəvi standartlara uyğun yerinə yetirmələrini təmin etmək məqsədi daşıyır.