Hər şeydən əvvəl bunu qəbul etməliyik ki, sıravi insanlar üçün yuxu heç bir möhkəm dini mahiyyət daşımır, şəriət hökmləri, insanın Allah qarşısındakı vəzifələri yuxu ilə müəyyən edilmir. Müqəddəs və məsum şəxslərin yuxuları fərqlidir, onların gördüyü yuxular həmişə doğru olduğu üçün əhəmiyyət daşıyır və məsumlar yuxuda gördüklərini inanırlar. Sarıvai adamlar üçün isə yuxu hər şeydən əvvəl beynin istirahət zamanı fəaliyyətinin məhsuludur. Bununla yanaşı, yuxular insanlara güclü emosional təsir göstərə bilir, onları bu və ya digər əməllərə təşviq edir vəxud müəyyən əməllərdən çəkindirir. Hədislərdən məlum olur ki, istər ayıqlıqda, istərsə də də yuxuda şeytan fərqli cildlərə girə və yalandan özünü fərqli şəkildə təqdim edə bilər. Lakin mələklərin və məsum şəxslərin cildinə girmək onlara qadağan edilib. Amma yuxuda gördüyümüz hər ağ geyimli, beynimizin müqəddəs saydığı obraz məsum olmaya da bilər. Yuxuda gördüyümüz şəxs özünü tanıdıb peyğəmbər ya imam olduğunu bildirirsə, cildini dəyişmiş şeytan olması mümkün deyil.
Yuxularımızda şeytan peyğəmbərin cildinə girə bilərmi?
