Əl-Meshahid internet saytının verdiyi xəbərə görə, Keçən həftə Qətərin paytaxtı Dohada keçirilən Tican Əl Nur Quran yarışmasında Yəməni təmsil edən balaca hafiz Evab Muhammed Al Mehdi səs fayllarını müsabiqənin seçmə mərhələsi üçün Qətərdəki münsiflər heyətinə göndərdiklərini söylədi.
“Münsiflər heyəti məndən Dohada keçiriləcək müsabiqənin final mərhələsində iştirak etməyi xahiş etdi və bu müsabiqə ərəb və İslam ölkələrindən olan uşaqların böyük iştirakı ilə keçirilib”. Balaca Hafiz yarışmanın çətin keçdiyini və birinci olmaqla ölkəsinin şərəfini qoruduğunu söylədi.
Bu yəmənli oğlanın 13 yaşı var və ölkənin Taiz əyalətindəndir.
Qətərdə keçirilən Beynəlxalq Quran Müsabiqəsi dünyada oğlan və qızlar arasında keçirilən xüsusi Quran yarışlarından biridir və Cem TV-nin təşkilatçılığı ilə keçirilir.
Müsabiqə dünyanın hər yerindən olan Qurani-Kərimlə məşğula olan uşaqların istedadlarını araşdırmaq və üzə çıxarmaq üçün keçirilir.