İslam dininə görə bəzi əməllər günahdır, bu əməllər vasitəsüilə pul qazanmaq da haramdır. Belə əməllərdən biri də mərc gəlməkdir. Yarışmaq İslam dinində icazəli sayılsa da, bunu mərcə çevirmək olmaz. İki nəfər ya öz pulları, ya da başqasının pulları əsasında mərc gəlsə, belə bir qərarlaşma dinimizdə düzgün sayılmır, bu iş günahdır, bu mərcdə udan adama da həmin pul halal deyil. Bu gün geniş yayılmış cıdır yarışları, futbol oyunları üçün proqnozlar haram olan mərclərə aiddir. Lakin qeyd edildiyi kimi, dinimizdə bütün yarışmalar qadağan edilməyib. Əgər iki şəxsin halal üsullarla yarışması üçün başqa şəxs mükafat fondu ayırarsa, belə yarışmaya qatılmaq günah deyil. Yarışmada iştirak edənlər halal və düzgün yolla öz bacarıqlarını sınayıb mükafatı qazanmaq üğrunda mübarizə apara bilərlər.
Yarışma məqsədilə mərc gəlmək icazəlidirmi? Yarışmada qalib gəlib mükafatı almaq halaldırmı?
