Qurani-Kərim müsəlmanların müqəddəs kitabı, həyat proqramıdır. Onun yazısına murdarlığın toxunması qəti qadağandır, yəni Quran yazısını murdar etmək və ya dəstəmazsız, qüslsüz halda ona toxunmaq haramdır. Hətta Quranın cildinə və vərəqlərinə də dəstəmazsız, qüslsüz toxunmaq bəyənilmir (günah olmasa da). Müsəlmanlar Quran oxumazdan qabaq adətən dəstəmaz alır, səliqəli və örtülü geyinirlər, hətta qadınlar evdə Quran oxunduğu zaman başlarını bağlayırlar. Bunlar Qurana hörmətin təzahür etdiyi milli adət-ənənələrdir. Quran oxuyan şəxsin libasının tamamilə pak olması vacib deyil. Əgər hər hansı səbəb üzündən bədəndə və ya libasda murdarlıq varsa, bu, Quran oxumağa mane olmaz, amma belə hal bəyənilmir, yəni savabı azdır. Əgər bədən ya libas murdardırsa, onu Quran yazısına toxundurmaq olmaq, buna ciddi şəkildə riayət etmək lazımdır.
Təmiz olmayan paltarda Quran oxumaq olarmı?
