İslam şəriətinə görə, əti halal olan heyvanların (məsələn, qoyun, inək, dəvə və s.) bədən üzvlərindən bəzilərini yemək haramdır (qadağandır). Bunlar aşağıdakı üzvlərdən ibarətdir:
Qan. Peyin. Erkək heyvanın cinsiyyət üzvü. Dişi heyvanın cinsiyyət üzvü. Balalıq. Duşul adlanan vəzi. Xayalar. Başın beyin nahiyəsində olan noxud ölçüsündə toxum. Onurğa sütunun içində olan ilik. Onurğa sütunun iki tərəfində olan piy. Öd kisəsi. Dalaq. Sidik kisəsi. Göz bəbəyi.
Heyvanın bunlardan başqa bədən üzvlərini yeməyin maneçiliyi yoxdur.
