Axtar

Təbatəbai seyidləri hansı imamın nəslindəndirlər?

  • Paylaş:
Təbatəbai seyidləri hansı imamın nəslindəndirlər?

Məlum olduğu kimi, Həzrət Mühəmməd Peyğəmbərin (s) ulu babası Haşımın nəslindən olanlar müsəlman dünyasında seyid kimi tanınırlar. Seyidlər müsəlman cəmiyyətinin imtiyazlı təbəqələrindən biridir və şəriətin bəzi hökmləri onların hüquqlarını tənzimləyir. Cəmiyyətdə də seyidlər böyük hörmətə layiq görülür. Ənənəyə əsasən, seyidlər Peyğəmbər nəslinin davamçıları hesab edilir, Peyğəmbərin nəsli Həzrət Fatimə (ə) yolu ilə İmam Həsən (ə) və İmam Hüseyn (ə) vasitəsilə daha çox yayıldığından, seyidlər əsasən bu ki imamın nəslindən ibarətdir. Müsəlman ölkələrində, xüsusilə şiə dünyasında çox yayılmış Təbatəbai seyidləri İmam Həsənin (ə) oğlu Həsəni-Müsənnanın nəslindəndirlər. Həsəni-Müsənnanın oğlu İbrahim Ğəmər Abbasi xəlifəsi Mənsurun zindanında bir dəstə seyidlə birlikdə şəhid olub (762-ci il). Onun oğlu İsmail Dibac isə Məşhur Fəxx qiyamında şəhid olmuşdur (786-cı il). İsmailin oğlu İbrahimin ləqəbi Təbatəba idi. Bu ləqəbin mənşəyi barədə müxtəlif fərziyyələr vardır. Təbatəbai seyidlər həmin İbrahim Təbatəbanın nəslindəndirlər. Onun oğlu “İbn Təbatəba” ləqəbli Mühəmməd Abbasilər əleyhinə məşhur qiyamın rəhbəri olmuşdur.