Axtar

Cənnət nemətləri

  • Paylaş:
Cənnət nemətləri

Şiə məzhəbinə görə cənnət nemətləri həm maddi, həm də mənəvi səciyyə daşıyır və insanın iman, əməl və təqvasının nəticəsi kimi təqdim olunur. Bu mövzu Qurani-Kərim və Əhli-beyt (ə) hədislərində geniş şəkildə izah edilmişdir.

Aşağıda mövzunu hissələrə bölərək, qısa şəkildə gətiririk:

1. Maddi (cismani) nemətlər

Quranda cənnət çox vaxt insanın təsəvvür edə biləcəyi nemətlərlə təsvir olunur. Ona görə də bəzən cənnət Altından çaylar axan bağlar, müxtəlif meyvələr və ruzilər, gözəl məkanlar və saraylar, rahatlıq və əbədi həyat xüsusiyyətləri ilə tanıtdırılır.

Bu barədə Allah quranda buyurur: Orada ürəklərin istədiyi və gözlərin xoşlandığı hər şey mövcuddur. (Zuxruf, 71).

Şiə təfsirlərində qeyd olunur ki, bu təsvirlər insanın anlayacağı formada verilmişdir, amma gerçək nemətlər bundan daha üstündür.

2. Mənəvi nemətlər (ən üstün mərhələ)

Şiə məzhəbində əsas vurğu mənəvi nemətlərə verilir . Ona görə də cənnətin ən əsas nemətləri Allahın razılığı, İlahi yaxınlıq (qurb),  Daxili rahatlıq və kamilliyin olduğu tanıtdırılır.

İmam Əli  (ə)  buyurur:   Cənnətin ən böyük neməti Allahın razılığıdır.

Bu baxışa görə maddi nemətlər ikinci dərəcəlidir.

3. Əhli-beytə  (ə)  yaxınlıq

Şiə inancına görə cənnətin ən böyük nemətlərindən biri , i mam Hüseyn və digər imamlarla  (ə)  birlikdə olmaq və o nların məqamına yaxınlıq əldə etmək dir.

İmam Cəfər Sadiq (ə) buyurur: Bizim dostlarımız (şiələrimiz) cənnətdə bizimlə birlikdə olacaqlar.

4. Əbədi təhlükəsizlik və qorxu yoxluğu

Cənnətdə q orxu , k ədər  və ö lüm yoxdur .

Allah-tala quranda buyurulur: Onlar (cənnət əhli) üçün nə qorxu vardır, nə də qəmgin olarlar.

Bu, insanın psixoloji və ruhunun tam rahat olduğunu göstərir.

5. Əməllərə uyğun dərəcələr

Şiə məzhəbinə görə cənnət vahid səviyyə deyil və insanlar əməllərinə görə fərqli mərtəbələrdə yerləşəcəklər.

İnsanın İmanı, təqvası və əxlaqı həmin mərtəbələri müəyyən edir. 

İmam Əli (ə) bu barədə buyurur: Cənnət dərəcələri insanların əməlləri qədərdir.

6. Nemətlərin sonsuzluğu

Cənnət nemətləri tükənməzdir, təkrarlanmır (hər dəfə yeni zövq verir), zaman və məhdudiyyətdən azaddır.

Nəticə: Şiə baxışına görə cənnət sadəcə maddi rahatlıq yeri yox, ruhani kamillik və ilahi yaxınlıq məkanıdır. Yəni cənnətdəki ən böyük nemət, insanın Allahla olan yaxınlığı və onun razılığına nail olmaqdır.

 

Qardabani Şəhərinin İmam Cüməsi, Hacı Elçin Əliyev