Axtar

Sədəqə ilə nəzirin fərqi nədir?

  • Paylaş:
Sədəqə ilə nəzirin fərqi nədir?

Sədəqə – insanın boynunda heç bir öhdəlik olmadan, öz istəyi ilə ehtiyaclı şəxsə verdiyi pul və ya maldır. Sədəqə Allahın razılığını qazanmaqdan ötrü, savab xatirinə verilir. Sədəqənin az ya çox olmasının fərqi yoxdur, yetər ki, insan səmimi niyyətlə onu versin. Hər hansı bəlanın qarşısını almaq niyyəti ilə də sədəqə vermək olar. Bundan fərqli olaraq, nəzir odur ki, insan müəyyən istəyin həyata keçməsi üçün bir əməli etməyi, yaxud müəyyən miqdarda malı ya pulu kiməsə verməyi öhdəsinə götürür. Əgər həmin istək həyata keçərsə, nəzirə əməl etməsi vacibdir, bunu etməsə, günah qazanır. Nəzir, adətən təmənnasız deyil, bir işin alınması üçün deyilir. Nəzir edən mütləq nəzirdə dediyiy konkret malı və ya pulu verməlidir, konkret əməli həyata keçirməlidir (məsələn, oruc tutmaq, ziyarətə getmək). Nəziri dəyişdirmək, miqdarını azaltmaq olmaz.