Vatikan, katolik xristianların 88 yaşlı ruhani lideri Papa Fransiskin vəfat etdiyini açıqlayıb.
“Roma Papası Fransisk 2025-ci il aprelin 21-də Pasxa bazar ertəsi günü, 88 yaşında Vatikandakı Casa Santa Martadakı iqamətgahında vəfat edib”, - deyə məlumatda bildirilir.
Roma Papası fevralın 14-də bronxit diaqnozu ilə Romadakı Gemelli xəstəxanasına yerləşdirilib. Daha sonra hər iki ağciyərdə pnevmoniyanın aşkarlandığı açıqlanıb.
Fransisk, Papa XVI Benediktin istefasından sonra 2013-cü il martın 13-də 266-cı papa, ilk yezuit papası və Latın Amerikasından gələn ilk papa kimi vəzifəyə başladı.