Axtar

Qurani-Kərimdə vəkilin mənası

  • Paylaş:
Qurani-Kərimdə vəkilin mənası

“Vəkil” kəlməsi Qurani-Kərimdə təkrar işlədilir və müxtəlif işlənmələrə malikdir: Bəzi ayələrdə “şahid” mənasındadır; məsələn, Qurani-Kərimdə Yaqub peyğəmbərin (ə) Binyamini qardaşlarına əmanət etdiyi bildirilir: “Beləliklə, elə ki, onunla möhkəm əhd-peyman bağladılar, dedi: Allah bizim dediyimizə vəkil və şahiddir” (Yusif: 66). Bu ayəyə əsasən insan bütün müqavilələrdə hüquqi yəqinliyə malik olmalı və müvafiq girov əldə etməli, sonra Allahı vəkil və şahid tutmalıdır.

Uca Allah İslam Peyğəmbərinə (s) xitabən buyurur ki, sən insanları hidayət etmək üçün “təyin edilmiş və onlara nəzarət edən” mənasında nümayəndə deyilsən və sənin vəzifən yalnız risaləti çatdırmaqdır. Məsələn, Qurani-Kərimin “Şura” surəsində buyurulur: “Allah (uluhiyyət və rübubiyyətdəki şərikləri adı ilə başqalarını) Onun yerinə başçı və dost götürənlərin üzərində nəzarətçidir (onların əməllərini qeyd edir və cəzalarını verəcəkdir). Sən əsla onların işlərinə vəkil deyilsən” (Şura, 6). Buna görə də, Allah Rəsulu (s) onlara hidayət vermək üçün həyatını belə riskə atmamalı idi.

Həmçinin Allah, Peyğəmbərin (s) qəlbindəki vəhyin “mühafizəçisi” mənasında vəkildir: “Əgər istəsək şübhəsiz, sənə (əslində cəmiyyətin ruhu olan) vəhy etdiyimizi aradan apararıq (və zehn səhifən boş qalar), sonra Bizim müqabilimizdə onu geri almaq üçün bir vəkil tapa bilməzsən” (İsra, 86) və ya şeytana qarşı qulların “himayəçisi” mənasında vəkildir: “Şübhəsiz, sənin Mənim (itaətkar) bəndələrim üzərində (vəsvəsə etməkdən başqa) heç bir hökmranlığın yoxdur və Rəbbinin (Öz bəndələrinin işlərinin) vəkil(i) olması kifayətdir” (İsra, 65). Xülasə, Allah işin yeganə vəkilidir ki, insan bütün işləri ona tapşırır, Ona tam təvəkkül edir, işini idarə etməkdə və təmin etməkdə Onu kifayət edən bilir.

Buna görə də, “Vəkil” Allahın adlarından biri hesab olunur və bu sonuncu istifadədir ki, onu təvəkkülün termin mənası ilə əlaqələndirir.

Yəni bir tərəfdən inam, təvəkkül və Allahın qüdrətinə və elminə müstəsna olaraq güvənmək, digər tərəfdən insanlarda və ya başqa bir müstəqil səbəbdə ümidsizlik.