“Əl-Raya” saytının məlumatına görə, bu proqram uşaqlara kitab və şəkillərdən kənarda Həcc məfhumunu dərk etmək imkanı verməklə onların dini və mədəni biliklərinin artırılmasına əhəmiyyətli təsir göstərəcək.
İnteraktiv seansları, vizual proyeksiyaları və virtual reallığı birləşdirən proqram gəncləri ziyarətin qəlbinə və müqəddəs yerlərə mənəvi və vizual səyahətə aparır.
Bu təcrübə vasitəsilə uşaqlar əsrlər boyu İslam sənətini qoruyub saxlayan kakma, miniatür və əlyazmalarda Həcc səfərinin necə təsvir edildiyini kəşf edə biləcəklər.
Bundan əlavə, virtual reallıq texnologiyasından istifadə etməklə uşaqlar virtual mühitdə Həcc ziyarətinin mənəvi atmosferini yaşaya bilərlər. Şeytanı daşlamaq, ehram, ərafat ...s
Bu təcrübə vasitəsilə iştirakçılar Həcc ziyarətinin əhəmiyyətini dərindən dərk edəcəklər.
Qətər İslam İncəsənət Muzeyində keçirilən proqramda tarixi fotoşəkillər və artefaktlar da nümayiş olunur.
İştirakçılar həmçinin maddi şeylərdən uzaqlaşmaq, dünyadan imtina etmək, insan birliyi və Allah qarşısında təvazökarlıq kimi mövzular üzərində düşünməyə dəvət edilib.
Proqram həmçinin Həcc mərasiminin incəsənət, sənətkarlıq və memarlıq vasitəsilə dünya müsəlmanları arasında mədəni mübadilələrə təsirini vurğulayır.