İshaq ibni Əmmar, İmam Museyi-Kazıma (ə) deyir: "Möminin ruhu yaxınlarını görməyə gəlirmi?".
Həzrət (ə) buyurur: "Bəli".
Deyir: "Nə qədər onların görüşünə gəlir?".
Həzrət (ə) buyurur: "Hər birinin malik olduğu məqam və dərəcəyə görə. Bəziləri hər gün, bəziləri iki gündən bir, bəziləri üç gündən bir və məqamları az olanlar hər cümə günü".
Deyir: "Hansı saatda gələrlər?".
Buyurur: "Zöhr zamanı".
Deyir: "Hansı qiyafədə gələrlər?".
Buyurur: "Sərçə şəklində və ondan kiçikləri şəklində. Allah onunla mələk də göndərər. Onu sevindirəcək şeyləri ona göstərər, onu narahat edən şeyləri ondan gizlədər".