Axtar

Niyə Fatiməyə (s.ə) “Zəhra” adı verilib?

  • Paylaş:
Niyə Fatiməyə (s.ə) “Zəhra” adı verilib?

“Fatimə Zəhra” adı İslamda dərin mənalar daşıyır. Bu ad iki hissədən ibarətdir: “Fatimə” və “Zəhra”. Hər biri özlüyündə böyük məna və məqam bildirir.

1. “Fatimə” adının mənası

“Fatimə” (ərəb. فاطمة) sözünün kökü “F-T-M” felindən gəlir və “uzaqlaşdırmaq, ayırmaq” mənasını verir.
Peyğəmbər (s) buyurur: “Ona Fatimə adı verildi, çünki Allah onu və onun sevənlərini cəhənnəmdən uzaqlaşdıracaq (tama).”
(Mənbə: Əl-Mənaqib, İbn Şəhraşub; Əl-Kafi, c.1, s.458).

Yəni “Fatimə” — “Allah tərəfindən cəhənnəmdən uzaqlaşdırılmış, pak və qorunmuş qadın” deməkdir.

2. “Zəhra” ləqəbinin mənası

“Zəhra” (ərəb. الزهراء) sözünün mənası “parlaq, nurlu, işıqlı” deməkdir.
Peyğəmbər (s) buyurur: “Qızım Zəhra hər dəfə ibadət üçün qalxanda, onun nuru göyləri işıqlandırardı; mələklər bu nura heyran qalar və onu ‘Zəhra’ yəni “Parlaq qadın” adlandırardılar. (Əl-Bihar əl-Ənvar, c.43, s.11).

Yəni “Zəhra” ləqəbi onun ruhani nurunu, paklığını və məsumluğunu ifadə edir.

Qısa və xülasə:

Xanımın adı- Fatimə və bu adın hərfi mənası, Ayrılmış, uzaqlaşdırılmış deməkdir.

Fatimə adının Terminoloji və Mənəvi cəhətdən mənası isə, Cəhənnəmdən uzaq olan pak bəndə deməkdir.

Zəhra sözünün hərfi mənası, Parlaq və işiqlı deməkdir. Terminoloji mənası isə “ Nuru ilə bəşəriyyəti aydınladan qadın” deməkdir.

Beləcə, “Fatimə Zəhra” adı həm ilahi qorunmanı, həmdə ilahi nuru özündə birləşdirir.
Bu səbəbdən o, İslamda qadın kamalının ən yüksək nümunəsi sayılır.