Nəcəf şəhərində İmam Əli (ə) Ziyarətgah Kompleksi yaxınlığında inşa edilən Şeyx Tusi Tuneli layihəsinin təməl beton tökmə işlərinə rəsmi şəkildə başlanılıb. Nəcəfdə zəvvarlara xidmət edəcək yeni tunel layihəsi Müqəddəs İmam Əli (ə) Ziyarətgah Kompleksinin birbaşa nəzarəti altında reallaşacaq. Layihənin icrasına start verilməsi mərasimində Ziyarətgahın sədri İsa əl-Xərrasan, onun müavini və idarə heyətinin digər üzvləri iştirak ediblər. Tikinti işlərini həyata keçirən şirkət, beş beton nasosu və 35 beton qarışdırıcı maşının iştirakı ilə yüksək sürətli iş rejimində fəaliyyətə başlayıb. Rəsmilər bildiriblər ki, layihənin məqsədi Nəcəf şəhərinin mərkəzində nəqliyyat axınını tənzimləmək və xüsusilə İmam Əli (ə) ziyarətinə gələn zəvvarlara daha rahat hərəkət şəraiti yaratmaqdır. İşlərin təqdim olunmuş qrafikdən əvvəl başa çatdırılması planlaşdırılır.
Nəcəfdə zəvvarlara xidmət edəcək yeni tunel layihəsi
