Şəriətə görə, namazın üçüncü və dördüncü rükətlərində insan ya təsbihati-ərbəə, ya da Fatihə surəsini oxumalıdır. Təsbihati-ərbəə, adından da göründüyü kimi, dörd zikr cümləsindən ibarətdir: “Subhan Allahu vəlhəmdu lillahi və la ilahə illəllahu vallahu əkbər”. Bu cümlələri tək sayda təkrarlamaq (üç, beş və ya yeddi dəfə) lazımdır, ən azı bir dəfə deyilməsi vacibdir. Amma bunun əvəzinə Fatihə surəsini (ardınca başqa surə oxumadan) oxumaq da olar. Hətta dörd rükətli namazın üçüncü rükətində təsbihati-ərbəə, dərdüncü rükətində Fatihə oxumaq da icazəlidir (və ya əksinə). Müctəhidlərin fikrincə, təsbihati-ərbəəni oxumağın savabı daha çoxdur. Amma insan təsbihati-ərbəəni yadda saxlaya bilmədiyinə görə, yaxud unudaraq avtomatik şəkildə Fatihə surəsini oxuyursa, dini baxımdan heç bir problemi yoxdur, namazı düzgündür.
