Axtar

Namaz qılarkən diqqəti cəmləmək üçün nə etmək məsləhətdir?

  • Paylaş:
Namaz qılarkən diqqəti cəmləmək üçün nə etmək məsləhətdir?

Namazın Allah yanında daha dəyərli və “keyfiyyətli” olmasının şərtlərindən biri onun diqqətlə qılınmasıdır. Namaz qılan zaman insanın fikri namazda cəmlənməlidir, digər dünya məsələləri, maddi problemlər barədə fikirləşmək məsləhət görülmür, bütün bunlar namazın savabını azaldır. Hədislərdən məlum olur ki, şeytan namaz qılanın diqqətini yayındırmaq, savabını azaltmaq üçün ona vəsvəsələr edir. Bunun qarşısını almaq üçün bəzi yollar məsumların hədislərində və böyük alimlərin göstərişlərində təklif edilib. Hər şeydən əvvəl insan nə qədər böyük Allahın qarşısında ibadətə durduğunu anlamalı, özünü buna layiq aparmağa çalışmalıdır. Namaza başlamazdan əvvəl istiğfar etmək (“əstəğfirullah” söyləmək) faydalıdır. Həmçinin, namazda deyilən bütün sözlərin (surə və zikrlərin) tərcüməsini, təfsirini öyrənmək, onları söyləyərkən mənalarını da düşünmək diqqəti namazda cəmləməyə yardım edə bilər.